Əfqanıstanın Korrupsiya əleyhinə komitəsi bildirir ki, 2010-cu ildə Kabil Bankını iflas həddinə gətirən kreditlər qalmaqalında 19 fərd və şirkət hələ də 663 milyon dollar krediti geri qaytarmayıb. Bunlar arasında keçmiş prezident Hamid Karzainin qardaşları və onun vitse-prezidenti də var.
Komitə oktyabrın 2-də bildirib ki, Hamid Karzainin qardaşı Mahmud Karzai bankdan 22 milyon dollar kredit götürüb, indiyə kimi 13 milyon dollar qaytarıb.
Mahmud Karzai komitənin iddiasını rədd edir.
Keçmiş birinci vitse-prezidentin qardaşı Abdul Haseen Fahim hələ də banka 4,4 milyon dollar borcludur. Hərçənd 36 milyon dollar kredit qaytarıb.
Fahimdən komitənin hesabatı ilə bağlı şərh almaq mümkün olmayıb.
2010-cu ildə Kabil bankından 935 milyon dollar vəsait mənimsənildi. Bankın iki rəhbəri bu pulun 810 milyonunu oğurlamaqda ittiham olunaraq məhkum olundu.
Sonradan o vaxtki prezident Hamid Karzai fərman verdi ki, bankdan götürülən pulları geri qaytaranlar məsuliyyətə cəlb olunmaycaq.