Keçid linkləri

2017, 19 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:39

İlham Əliyev muzeyə erkən orta əsrlərə aid saxsı qab bağışladı


Küzə ötən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb.

-

Prezident İlham Əliyev AMEA Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta (VIII-IX) əsrlərə aid saxsı qab (küzə) hədiyyə edib.

Muzeyin yaydığı xəbərə görə, saxsı qab sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya prezidenti Vladimir Putin tərəfindən İlham Əliyevə təqdim edilib.

Bu qədim dövr nümunəsi ötən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb.

Hədiyyə olunan eksponat muzeyin ekspozisiyasında yer alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG