Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:01

«Nabat» indi də Tokioya gedir


«Nabat»
«Nabat»

-

Elçin Musaoğlunun «Nabat» filmi oktyabrın 23-dən 31-dək keçiriləcək 27-ci Tokio Beynəlxalq Film Festivalında (TIFF 2014) nümayiş olunacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu barədə festivalın təşkilatçıları Tokionun məşhur kino salonlarından olan «Toranomon Hilss»də keçirilən mətbuat konfransında məlumat veriblər.

«Nabat» Tokio festivalında nümayiş etdirilən ilk Azərbaycan filmidir.

Festivalda müsabiqəyə dünyanın müxtəlif ölkələrinin kinostudiyalarında istehsal olunmuş 14 film buraxılıb.

Filmlər 92 ölkədə istehsal edilmiş 1373 film arasından seçilib.

Doqquz gün davam edəcək festival rejissorlar Don Holl və Kriss Vilyamsın «Böyük qəhrəman 6» ekran əsəri ilə başlayacaq və Takaşi Yamazakinin «Parazit» filmi ilə başa çatacaq.

Festivalın münsiflər heyətinə Ceyms Qann (sədr), Con H.Lii, Robert Luketiç, Erik Hu, Debbi Mak-Vilyams və Hiroşi Şinaqava kimi tanınmış kino xadimləri daxildirlər.

Festivalda müsabiqəyə buraxılan «Nabat» filmi doqquz gün ərzində Tokionun məşhur «Ropponqi Hills», «TOHO Cinemas Nihonbashi» və digər kino salonlarında nümayiş olunacaq.

«Nabat» filminin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Elçin Musaoğlu, digər ssenarist Elxan Nəbiyev, operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur.

Rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları ifa edirlər.

«Nabat» filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm» Kinostudiyasında istehsal olunub.

Ötən ay film Venesiyada keçirilən 71-ci Beynəlxalq Film Festivalına qatılmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG