Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:27

TASS qayıdır


Ölkəsinin sovet erasına qayıtdığını düşünən rusiyalıların indi yeni sübutu var – Rusiyada TASS agentliyi bərpa olunur. Daha doğrusu, son illər ITAR-TASS adıyla tanınan 110 yaşlı agentlik bildirib ki, oktyabrın 1-dən TASS adından istifadə edəcək.

Yaydığı xəbərdə agentlik bildirir ki, bu brend “peşəkarlıq, entuziazm və ən yaxşı ənənələri saxlayıb inkişaf etdirmək öhdəliyinin simvoludur”.

Xəbərdə deyilir ki, TASS abreviatura deyil. Ancaq sovet vaxtı TASS – “Sovet İttifaqı Teleqraf Agentliyi”nin rusca qısaldılmış adı idi.

Agentlik bildirir ki, TASS adı və yeni brendi İnternetdə, çap mediasında, eləcə də reklam və suvenirlərdə istifadə olunacaq.

Keçidin 2015-ci ilin sonunadək başa çatacağı bildirilir.

XS
SM
MD
LG