Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 14:22

Azərbaycanda 400 min ahıl var


Arxiv foto

Bu rəqəm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı yaydığı məlumatda açıqlanıb.

“Sosial xidmət haqqında” qanuna əsasən, 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar. Hazırda Azərbaycanda belə şəxslərin sayı 400 min nəfərə yaxındır:

Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 172 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190 manatdır.

Nazirlik bildirir ki, hazırda 13 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir. Onların 11 minindən çoxu 70 yaşdan yuxarı olanlardır. Sosial xidmət müəssisələrində isə 200-dək ahıl tam dövlət təminatında yaşayır.

XS
SM
MD
LG