Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:21

Belarus KQB-si Yanukovichin sarayından Van Goghun şəklini satanları həbs edib


Belarus KQB-si bir neçə Belarus vətəndaşını saxlayıb. KQB-nin sentyabrın 29-da yaydığı bəyanata görə, bu şəxslər rəsm əsərlərini satmağa cəhd edəndə tutulublar. Onlar iddia edirlər ki, rəsm əsərləri keçmiş Ukrayna prezidenti Yanukovichin sarayındandır.

Yenə onların iddiasına görə, həmin rəsm əsərləri Van Gogh, Monet, Kandinsky, Munch, Yuon kimi məşhur rəssamlarındır.

Tutulanlar bu 5 əsərə 2 milyon avro istəyirmiş.

Hazırda ekspertlər şəkillərin həqiqliyini yoxlayır.

Tutulanların evlərindən 100-dən çox antikvar ikona və şəkil çıxıb.

XS
SM
MD
LG