Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Sivilizasiyalar Alyansının Qlobal Forumu Bakıda keçiriləcək


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu 2016-cı ildə Bakıda keçiriləcək.

Bu barədə qərar BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində təşkilatın Sivilizasiyalar Alyansının Dostluq Qrupunun illik nazirlər toplantısında qəbul edilib.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Elmar Məmmədyarov sivilizasiyalararası dialoqun sülhün, təhlükəsizliyin və davamlı inkişafın, eləcə də xalqlar arasında qarşılıqlı anlaşmanın və tolerantlığın möhkəmlənməsində vacibliyini vurğulayıb:

«Azərbaycan hər zaman tolerantlıq ənənələrinə sadiq qalıb, dini nifrətin qızışdırılmasına qarşı mübarizə aparır. Həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa qurumlarının üzvü olan Azərbaycan çoxmillətli və çoxdinli ölkə kimi bir çox təşəbbüslərlə sivilizasiyalararası dialoqa, müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya böyük töhfələr verir».

E.Məmmədyarov elə bu məqsədlə Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə VII Qlobal Forumunun Bakıda keçirilməsi təklifini irəli sürdüyünü bildirib.

XS
SM
MD
LG