Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:48

Limonovun millətçiləri Makarevichin konsertini pozub


 Andrei Makarevich və Eduard Limonov
Andrei Makarevich və Eduard Limonov

Millətçi Eduard Limonovun qrupunun fəalları Moskvada Andrei Makarevichin konsertini pozublar.

Sentyabrın 26-da fəallar bildiriblər ki, konsertin pozulmağına görə məsuliyyəti öz üzərlərtinə götürürlər. Konsert isə sentyabrın 25-də olub.

Bir qrup fəal konsert zalına qaz buraxıb və adamlar zalı tərk etməyə məcbur olub.

Limonovun Başqa Rusiya adlı qrupu öz saytında bu hadisəni törətdiyini etiraf edib.

Limonov bir vaxtlar Kremlin tənqidçisi idi. Ancaq Krımın ilhaqından sonra Putini dəstəkləyir.

Makarevich Ukraynada konsert verəndən sonra bir sıra kremlpərəst deputatlar və şərhçilər onu satqın adlandırdı.

XS
SM
MD
LG