Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:06

Gürcüstanda 8 futbol hakimi saxlanıb


Gürcüstanda 8 futbol hakimi saxlanıb. Gürcüstanın Futbol Federasiyasının məlumatına görə, bu hakimlər oyundan qabaq totalizatorlardakı mərclərdə iştirak etməkdə şübhəli bilinir.

Oyundan qabaq totalizatorlarda mərc gəlinirmiş ki, oyunda neçə 11 metrlik cərimə zərbəsi olacaq və ya neçə qırmızı və sarı vərəqə göstəriləcək.

Bunu oyunda etməyi boynuna götürən bu hakimlər öz xidmətlərinə görə 2500 dollardan 5000 dollara kimi pul alırmış.

İstintaqı Daxili İşlər naziriliyi aparır.

XS
SM
MD
LG