Basketbolçu qadınlara baş örtüyü ilə oynamağa imkan verilməyəndən sonra Qətərin basketbol yığması Asiya oyunlarından çıxıb.
Cənubi Koreyada keçirilən yarışlarda Qətər yığmasından xahiş olunub ki, basketbol oyunu vaxtı baş örtüyünü açsınlar, onlar isə bundan imtina edib.
Beynəlxalq Basketbol Federasiyasının qaydalarında deyilir ki, oyunçular “baş örtüyü, saç əşyaları və bəzək əşyaları” geyinə bilməzlər.
Federasiya bu ayın əvvəlində bildirmişdi ki, 2 illik sınaq müddəti başlanır, bu müddətdə baş örtüyü ilə oynamaq sınaqdan çıxarılacaq. Ancaq federasiya elan etmişdi bu, yalnız milli çempionatlara aiddir.