Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

Gədəbəydə qızıl çıxarılması üçün iş planı gələn ay hazır olacaq


«Gədəbəy rayonunda qızıl çıxarılması üçün iş planı gələn ay hazır olacaq və hökumətin müzakirəsinə veriləcək». Gədəbəydəki qızıl yataqlarını istismar edəcək «R.V.İnvestment Group Services» şirkətinin başçısı Riza Vizari oktyabrın 2-də jurnalistlərlə görüşündə belə deyib. Onun sözlərinə görə, plan təsdiqlənərsə, çox ehtimal ki, 2007-ci ilin birinci rübündə yatağın istismarı başlanacaq.


Şirkət başçısı bildirib ki, hazırda mis və qızılı ayırmağa imkan verən yeni üsullar qiymətləndirilir. Əgər yeni metod ekoloji baxımdan yatağa ziyan verməsə və hökümət təsdiq etsə, həmin metod tətbiq olunacaq.


Yatağın işlənməsi qızıl mədənlərinin emalı üzrə xüsusi zavodun köməyi ilə həyata keçiriləcək. Zavod Avstraliyadan 47 mln. ABŞ dollarına alınıb.


«R.V.İnvestment Group Services» şirkəti 1997-ci ilin avqust ayında ölkənin cənub-qərbində yataqların işlənməsi üzrə Azərbaycan hökümətilə müqavilə imzalayıb. Müqavilənin iştirak payının 49 faizi şirkətə, 51 faizi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur.


XS
SM
MD
LG