Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

Ban Ki-moon: «İnsan haqları hər yerdə hücum altındadır»


-

Sentyabrın 24-də Nyu Yorkda BMT Baş Məclisinin illik sessiyası başlanıb.

BMT Baş katibi Ban Ki-moon sessiyanın açılışında deyib ki, insan haqları hər yerdə hücum altındadır.

Ban Ki-moon deyib ki, İkinci Dünya müharibəsindən bəri hələ heç vaxt bu qədər qaçqın, məcburi köçkün və sığınacaq axtaran olmayıb.

Onun sözlərinə görə “baş kəsməkdən tutmuş insanları acından öldürməyə, xəstəxanalara, yardım karvanlarına hücumlara qədər insan haqları və qanunun aliliyi hücum altındadır.”

Ancaq o bildirir ki, rəhbərlik bunun qarşısını almaqda “ümid toxumları”nı tapmaq üzrədir. O deyib ki, “bu, bizim vəzifəmizdir”

Baş Məclisin bu ilki sessiyasında 140 dövlət və hökumət başçısı iştirak edir. Sessiya sentyabrın 30-na kimi davam edəcək.

İslam Dövləti yaraqlıları təhlükəsi bu ilki sessiyada əsas müzaskirə mövzusu olmalıdır. Digər vacib mövzular Ebola xəstəliyi və Rusiyanın Ukraynaya təcavüzüdür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG