Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:03

Polis bir nəfərdən 340 min saxta 50-lik tapıb


İtaliya polisi Neapolda bir nəfəri həbs edib, həmin adamdan 17 milyon avroluq saxta 50 avroluq əskinaslar müsadirə olunub.

Polisin sentybarın 24-də verdiyi bəynata görə, həmin şəxs bu saxta pulları Neapolda ticarət mərkəzi yaxınlığında mikroavtobusda gizlədibmiş.

Polis bildirir ki, saxta əskinaslar həqiqi pulların çox yaxşı surətidir, bir çox alıcını aldada bilər, çünki holoqramları, şəkilləri, təhlükəsizlik işarələrini çox yaxşı imitasiya edir.

Polis həmin şəxsi ticarət mərkəzinin maşın dayanacağında

təsadüfən tutub. Polis görüb ki, bir nəfər bir maşından qutuları tələsik o biri maşına yığır.

Polis qutulardan 340 min saxta 50-lik tapıb.

2014-cü ilin birinci yarısında Avropa Mərkəzi bankı avrozonanın 18 ölkəsində ümumilikdə 341 min saxta əskinas müəyyən edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG