Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Deputatlar Rusiyada azərbaycanlıların qətlə yetirilməsindən narahatdır


«Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Respublika Baş Prokurorluğu son dövrlər Rusiyada azərbaycanlıların qətlə yetirilməsi məsələsinə araşdırır»- bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin oktyabrın 2-də keçirilən iclasında bildirib. «Azərbaycan və Rusiya prezidentlərinin birgə bəyannaməsinin təsdiq edilməsi haqqında» məsələ müzakirə olunarkən millət vəkilləri son vaxtlar Rusiyada azərbaycanlıların qətlə yetirilməsi faktına münasibət bildirdələr. Məsələ ilə bağlı Rusiya Dövlət Dumasına müraciət olunması, ya da nümayəndələr göndərilməsi təklif edilib. Ziyafət Əsgərov hazırda məsələ ilə güc strukturlarının məşğul olduğunu əsas gətirərək, Dumaya müraciət etməyə ehtiyac qalmadığını deyib.


Son zamanlar Rusiyanın müxtəlif şəhərlərində xeyli sayda azərbaycanlı naməlum motivlərlə qətlə yetirilib, döyülüb və təhqir olunub.


XS
SM
MD
LG