Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 09:42

Türkiyə orta məktəblərdə 5-ci sinifdən hicab qadağasını götürdü

Türkiyə hökuməti bildirib ki, orta məktəbdə qızların islam baş örtüyü geyməsinə qadağan götürülüb.

Baş nazirin müavini Bulent Arinc sentyabrın 22-də deyib ki, 5-ci sinifdən başlayaraq qızlar baş örtüyü geyə bilərlər.

Baş nazir Ahmet Davutoglu bunu “demokratikləşmə” adlandırıb.

Egitim-Sen təhsil birliyinin rəhbəri Kamuran Karaca isə deyib ki, Türkiyə orta əsrlərə qayıdır.

Türkiyə hökuməti universitetlərdə hicab qadağasını 2008-ci ildə götürdü. Keçən ildən isə bütün ictimai qurumlarda qadınlar başıbağlı gəzə bilərlər.

This item is part of
XS
SM
MD
LG