Keçid linkləri

Təcili xəbərlər
2022, 18 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Dzhemilev Krım tatarlarının “məhvi siyahıları”ndan danışır


Krım tatarlarının lideri Mustafa Dzhemilev

Krım tatarlarının lideri Mustafa Dzhemilev «Крым.Реалии» portalına deyib ki, özünü Krımı müdafiə qrupları adlandıranlar Krım tatarları fəallarının siyahısını tərtib edirlər. Onun sözlərinə görə, adları bu siyahıda olanlar ya yoxa çıxmalı, ya da məhv edilməlidir.

Krım Rusiyaya birləşdiriləndən sonra Krım tatarları yerli hakimiyyət tərəfindən daimi təzyiqə məruz qalır. Ötən həftə Krım-tatar məclisinin Simferopoldakı binasında axtarış keçirilib.

Evlər, məktəblər, mədrəsələr və məscidlər də axtarışa məruz qalır.

Tvitterdə Krım tatarlarına dəstək flaşmobu keçirilir. İstifadəçilər #StopCrimeanTatarsGenocide (Krım tatarlarının genosidini dayandırın) haştaqı ilə yazırlar.

XS
SM
MD
LG