Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 17:03

700 ukraynalı hərbçi separatçıların əsiridir


Ukrayna hərbçisi

Donbassda separatçılar 700 ukraynalı hərbçini əsir saxlayır, daha 1.700 nəfəri isə qohumları və yaxınları axtarır. Bu barədə Ukrayna Təhlükəsizlik Şurasının istintaq idarəsinin rəhbəri Vasiliy Vovk Ukrayna televiziyasına deyib.

Onun sözlərinə görə, əsirlər arasında Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyasının və müdafiə nazirliyinin əməkdaşları var. Eyni zamanda itkin düşənlər barədə məlumatlar da artır.

Sentyabrın 22-nə olan məlumata görə, 1.200-ə yaxın ukraynalı hərbçi əsirlikdən azad olunub. Danışıqlar davam edir, separatçılarla növbəti əsir mübadiləsi sentyabrın 24-də olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG