Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:56

ABŞ səfiri: «Neft gəlirlərdən düzgün istifadə olunmasa, ölkə «neft lənəti»nə gələ bilər»


ABŞ-ın Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması yönündə bəzi planları var. Bu ölkənin Azərbaycandakı səfiri Enn Dörsi oktyabrın 2-də Bakıda keçirilən ABŞ-Azərbaycan biznes forumundakı çıxışında həmin planlar haqqında belə dedi: «ABŞ siyasi islahatlar aparmaq istiqamətində Azərbaycanla işləməyə hazırdır. Demokratiyanın başlıca prinsipi olan qanunun aliliyi və siyasi islahatların aparılması iqtisadi inkişafa da yardım edir. Güclü məhkəmə və ədliyyə sistemi isə iqtisadiyyatı və siyasi hüquqları müdafiə edir. Seçkilər, güclü parlament, müstəqil media, öz hüquqlarını bilən və ondan məsuliyyətlə istifadə etməyi bacaran vətəndaş...Budur demokratiyanın başlıca elementləri».


Xanım Dörsi çıxışında ABŞ-ın Xəzər qazını dünya bazarına çatdırmaq üçün Şərq-Qərb dəhlizinin inkişafında da maraqlı olduğunu söylədi. Tezliklə neft gəlirlərinin Azərbaycanın əsas vəsaitlərini təşkil edəcəyini deyən səfir, bundan müdrikliklə və səmərəli istifadə etməyin vacib olduğunu vurğuladı. Onun qənaətincə, bu gəlirlərdən düzgün istifadə olunmasa, ölkə «neft lənəti»nə gələ bilər. Çünki neft gəlirindən yanlış istifadə inflyasiya və korrupsiyaya yol aça bilər ki, onun da qarşısını indidən almaq lazımdır.


XS
SM
MD
LG