Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:27

Sammit ərəfəsi Rusiya Xəzərin 5 sektora bölünməsi əleyhinə çıxır


Xəzər sammiti ərəfəsi Rusiya Xəzərin 5 dövlət arasında sektorlara bölünməsinə qarşı çıxır.

1991-ci ildə SSRİ dağılandan bəri 5 Xəzəryanı dövlət Xəzərin zəngin ehtiyatlarının necə bölünməsi üstə mübahisə edir.

Rusiyanın xarici işlər nazirliyinin rəsmisi İgor Bratchikov sentyabrın 22-də Moskvada jurnalistlərə deyib ki, Moskva 1921-ci il İran-SSRİ müqaviləsinin şərtlərinə tərəfdardır. Həmin müqavilə Xəzəri göl hesab edirdi və Xəzəri SSRİ ilə İran arasında iki yerə bölürdü.

Hazırda Rusiya, Qazaxıstan və Azərbaycanın Xəzərin bölgüsü ilə bağlı ikitərəfli sazişləri var. Həmin sazişlər bölgüdə orta xətt prinsipinə əsaslanır.

İran isə 5 Xəzəryanı dövlət arasında vahid sazişin bağlanmasını istəyir.

İran Xəzərin 5 bərabər yerə bölünməsinə tərəfdardır.

Xəzər sammiti sentyabrın 29-da Həştərxanda olacaq.

XS
SM
MD
LG