Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 21:20

308 nəfər hakimliyə namizəd növbəti mərhələyə keçib


Hakim olmaq üçün sənəd verən namizədlərin test imtahanının nəticələri artıq məlumdur. Nəticəyə əsasən, imtahanda iştirak edən 609 namizəddən 308 nəfəri tələb olunan minimal 60 baldan çox bal toplamaqla növbəti mərhələyə keçiblər. Növbəti mərhələyə keçən namizədlərin siyahısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet səhifəsində yerləşdirilib (www.tqdk.gov.az).


TQDK-nın Məhkəmə-Hüquq Şurası ilə birlikdə təşkil etdiyi imtahanın birinci mərhələsi oktyabrın 1-də Bakı İdman Sarayında keçirilib. «Məhkəmələr və hakimlər haqqında» qanuna görə, hakimliyə namizədlər hakim olmaq üçün bir neçə mərhələdə imtahan verməlidir. Növbəti yazılı imtahanın nə vaxt keçiriləcəyi isə hələ məlum deyil.


Bu yaxınlarda isə daha 55 nəfər hakimliyə namizəd imtahan vermişdi. Onların növbəti imtahanının vaxtı hələ məlum olmasa da, Hakimlərin Seçki Komitəsində müsabiqə və Məhkəmə-Hüquq Şurasında söhbətdən keçəcəkləri bildirilir.


Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı «Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında» fərmana əsasən, hakimlərin sayı daha 153 nəfər artırılıb. Hazırda ölkədə 523 hakim fəaliyyət göstərir.


XS
SM
MD
LG