Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 06:31

Nyu Yorkda iqlim dəyişikliyi marşı keçirilib


Nyu Yorkda iqlim dəyişikliyi marşı

-

BMT-nin baş katibi Ban Ki-Moon sentyabrın 21-də Nyu Yorkda etiraz marşına qoşularaq dünya liderlərini iqlim dəyişikliyini önləmək üçün tədbirlər görməyə çağırıb.

Marşa ABŞ-ın vitse-prezidenti Al Gore və Nyu York meri Bill de Blasio da qoşulub.

Sentyabrın 23-də BMT-nin İqlim Sammiti qabağı dünyada silsilə tədbirlər keçirilir. Həmin sammitdə dünyanın 120 lideri, ABŞ prezidenti Barack Obama da iştirak edəcək.

Fəallar karbon tullantılarında böyük payı olan ölkələr – Çin, Hindistan, Kanada və Avstraliyanı təmsilçi göndərmədiyinə görə tənqid edib.

Bazar günü Londonda marşa 40 min adam qatılıb. Avropanın digər şəhərləri, Avstraliya və Asiyada daha kiçik nümayişlər keçirilib.

XS
SM
MD
LG