Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:19

«Prinsip etibarı ilə yeni elementlər...»


Həmsədrlər XİN-dəki danışıqların «çox əhəmiyyətli və maraqlı» olduğunu bildirir
Həmsədrlər XİN-dəki danışıqların «çox əhəmiyyətli və maraqlı» olduğunu bildirir

Regiona səfərə gələn ATƏT-in Minsk qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya), Mətyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Andrey Kasprşikin (Polşa) Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarovla görüşdülər. Görüşdən sonra amerikalı həmsədr Mətyu Brayzə jurnalistlərə görüşün çox konstruktiv əhval ruhiyyədə keçdiyini bildirib.


Rusiyalı həmsədr Yuri Merzlyakov istər Xarici İşlər naziri Elmar Məmmədyarov, istərsə də nazir müavini Araz Əzimovla danışıqları «çox əhəmiyyətli və maraqlı» adlandırıb: «Söhbət yaxın vaxtlarda tərəflər arasında birbaşa danışıqların yenidən bərpa edilməsindən getdi. Lap tezliklə siz bu barədə məlumat eşidəcəksiniz. Əlavə elementlər var, hansıkı onları prinsip etibarı ilə yeni saymaq olar. Onlar ilkin planda müzakirə edilib və bu istiqamətdə işimizi davam etdirəcəyik».


MQ həmsədrlərinin səfəri ərəfəsində XİN-in İdarə rəisi Tahir Tağızadə bildirmişdi ki, bu səfərlərə ümidlə baxılır: «Hesab edirik ki, bu cür səfərlər sülh prosesində inkişafa doğru bir addımdır».


Sentyabrın 26-da isə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Ermənistan Xarici İşlər naziri Vardan Oskanyan da Nyu-Yorkda həmsədrlərlə görüşüb. ATƏT-in Mİnsk qrupu həmsədrləri sonuncu dəfə Bakıda və Yerevanda bu ilin mayında olublar. Ondan sonra amerikalı həmsədr Mətyu Brayza regiona səfər edib və həmkarlarıyla Parisdə məsləhətləşmələr aparıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG