Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:45

Bakının keçmiş “Sovetski” məhəlləsində evlərini satmaq istəyənlərin sayı 2400-ə çatıb.

Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib.

O deyib ki, 2115 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb və artıq 2076 nəfərin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetrə 1500 manat verilməsi ilə aparılır.

Keçmiş “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG