Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Qarabağ UEFA-nın reytinqində xeyli irəliləyib


Qurban Qurbanov
Qurban Qurbanov

UEFA sentyabrın 19-da klubların növbəti reytinq siyahısını açıqlayıb.

Qurumun rəsmi saytının məlumatına görə, sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsində evdə “Sent-Etyen”lə oyundan sonra “Qarabağ” böyük sıçrayış edib.

Ağdam təmsilçisi 27 pillə irəliləyərək 454 komanda arasında 199-cu yerə qalxıb. Reytinqdə hələlik Azərbaycan klubları arasında ən yaxşı göstərici “Neftçi”yə məxsusdur-171-ci yer.

Ümumilikdə avrokuboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən Azərbaycan komandalarının mövqei belədir.

172. “Neftçi” (-2)

199. “Qarabağ” (+27)

271. “İnter” (-3)

300. “Xəzər Lənkəran” (+2)

347. “Bakı” (+1)

371. “Qəbələ” (+1)

372. AZAL (+2)

Reyntiq cədvəlinə “Real” başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Ölkələrin reytinqində isə Azərbaycan əvvəlkitək 30-cu pillədədir.

XS
SM
MD
LG