Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 09:07

Azərbaycan və Turkiyə ordularının birgə hərbi təlimləri davam etdir


Foto arxiv

Azərbaycanın müdafiə naziri Zakir Həsənov birgə təlimlər keçirən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri təyyarələrinin yerləşdiyi aerodroma baş çəkiblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir təlimlərdə iştirak edən uçuş və texniki heyətlə görüşüb, döyüş aviasiyasına baxış keçirib və müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Bundan sonra Azərbaycan Hərbi Hava Qüvvələri nümayəndəsi polkovnik Elçin Axundov və onun türkiyəli həmkarı polkovnik Nihat Çırakoğlu təlimlərdə iştirak edən heyətin hazırlığı, təyyarələrin uçuşu və istifadəsi barədə məlumat veriblər.

Təlimlər davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG