Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:45

«Daş yuxular» yenidən Yerevanda «bestseller onluğu»na qayıtdı


"Daş yuxular" erməni dilində, 9 aprel 2013
"Daş yuxular" erməni dilində, 9 aprel 2013

-

Sentyabrın 19-da “Armenpress” agentliyi “Yerevan bestselleri” layihəsi çərçivəsində ən çox satılan kitabların reytinqini açıqlayıb.

Azərbaycan yazıçısı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanının tərcüməsi (“Edit print” nəşriyyatı) yenidən onluğa qayıdıb. (Kitab Ermənistanın 3 nəşriyyatında çap edilib )

“Armenpress” agentliyi yazır ki, ermənicə çapından ilyarım keçsə də, erməni oxucularının romana marağı ölmür.

Onluq tam şəkildə belədir:

1. Gabriel Garcia Marquez “Yüz ilin tənhalığı”
2. Gabriel Garcia Marquez “Vəba zamanı eşq”
3. Gabriel Garcia Marquez “Mənim kədərli fahişələrim”
4. Antoine de Saint-Exupéry “Balaca şahzadə”
5. Qriqor Narekatsi “Kədərli mahnılar kitabı”
6. Levon Xeçoyan “Mqer qapısı”
7. Qriqor Narekatsi “Kədərli mahnılar kitabı” (Fərqli nəşr)
8. Vaqram Saakyan “Muzdlu intiharçılar”
9. Bernhard Shlink “Qiraətçi”
10. Əkrəm Əylisli “Daş yuxular”

“Armenpress” nəşriyyatı Ə.Əylislinin romanını “azərbaycanlıların ermənilərə qarşı vəhşiliklərindən bəhs edən roman” kimi təqdim edir. Yazıçını Azərbaycanda bu romanı ilə tarixi təhrif etməkdə, azərbaycanlıları aşağılamaqda ittiham ediblər. Ə.Əylisli isə deyir ki, onun məqsədi əksinə Azərbaycan xalqını yüksəltmək olub, çünki əsərdə erməni poqromlarına qarşı çıxan baş qəhrəman məhz azərbaycanlıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG