Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:25

Rusiya Krıma qoşun yığır


Andriy Lysenko
Andriy Lysenko

Kiyev bildirir ki, Rusiya Krımda yarımadanı Ukraynanın Kherson cənub regionu ilə birləşdirən quru körpüyə 4 min əsgər yığıb. Ukrayna ordusunun sözçüsü Andriy Lysenko sentyabrın 18-də deyib ki, Rusiya qüvvələri “bütün avadanlıq və sursatla toplaşıb”. Onun sözlərinə görə, Kiyev Ukraynanın şərqindəki qüvvələrini daha çox əsgər və yeni avadanlıqla gücləndirib. Bu arada rusiyayönlü separatçılarla iki həftəlik kövrək atəşkəs qalır.

Lysenko Ukrayna prezidenti Petro Poroshenko-nun Konqresdəki çıxışı və Prezident Barack Obama ilə görüşündən bir neçə saat öncə danışıb.

Sentyabrın 16-da Rusiya müdafiə naziri Sergei Shoigu deyib ki, Rusiya ordusunun prioriteti Krımda iştirakı artırmaqdır.

Rusiyanın martda Krımı anneksiya etməsini Birləşmiş Ştatlar, Avropa Birliyi və BMT baş Assambleyası qanunsuz adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG