Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:26

Qoltuğundaki xal - hansı demokratdır?


Məhəmməd Rza Ləvayi
Məhəmməd Rza Ləvayi

-

Arazın o tayından

Məhəmməd Rza Ləvayi

Bu adam oğlu saxsılara şeir əkək deyirsən

Payız yavaş-yavaş ev qadını olur

Açır pəncərəni üzümüzə

Fəsillərini eyvana çıxarıbsan səhər yeməyinə

Qartal qayğısıdır qaşların dağlara

Əl atırsan yaxana, məmləkət calanır küçəyə!

Həmin məmləkətdə

hər gün bir Məhəmməd Rıza qoparıb sürgün edirlər

məndən!

Yapışmır anamın dodağına məmləkət mənsiz

Atamın Allahu Əkbərində kürtaj* olan tarixin sancısı var

Bu adam oğlu saxsılara şeir əkək deyirsən

Olmaz, bir az çox xalam evidir ayrılıq

Saçlarına taxılıb qalır sorunlar, sorular

Hansı gözün tülküsüdür pəncərəndə günəş?

Hansı köynəyin cırılan vaxtıdır bu soyuq səhər?

Cuma axşamına dırmaşan mömünlərin beyni deyilmi bu

meydan?

Məhəmməd Rza Ləvayi
Məhəmməd Rza Ləvayi

Sənə çarpıb səkkiz milyard nəfər oldu sevgi

Ölkə-ölkə paylaşır yalnızlığını yer kürəsi

Dodağından qonur bayraqlara milli qürur!

Ağaclar sən ola bilməyən qadınlar

Daşlar şerində gəzməyən ərkəklər

Yollar, insanın insandan qaçış yetənəyi!..

Bir şeir yaz quş olsun sümüklərimiz

Təqvimlərdə çürüdüyümüz sərhədlərə hayıf !

__________

*abort

Sən mavi ayı içibsən heç?


Sən mavi ayı içibsən heç?
Ya yaşıl günəşi yarın köynəyinə
duymə tikibsən heç?
Bir gün gələr istikanımdaki Batının uçağı
qonar şəhərinizə
Bir ağ balıq uçar ağzından
- Mən ağını dişlədiyim balıq -
Bütün kəlmələrin dadı qaçar ağzından
Mənə fərq etməz
Filorida yollarından keçirərəm
Urmu - Təbriz yolunu
Bəlkə də Nyu-Yorkda Təbriz dərvazası
daha gənişdir

Mənə fərq etməz
Yaşayaram acığının acığına
Qara dəridən ulduz toplayaram,
ağ dəridən kişmiş
Sonunda həyatın rəngi üzündən qaçıb
başqasına getmiyəcəkmi?..

Dostun adında bir günəş var, batırdın


Səninlə olmaq mina üstünə ayaq qoymaqdır
Tərpənsəm partlayacağam
Gözlərini çək üstümdən, yoruldum
Bəzən mübarizə bir bucağa sığan pişik olur,
yatmaq istəyir yumuşaq yalnızlıqlarda
Bəzən mübarizə bir istikan şarabdır hər şeyi unutmaq üçün
Artıq gözün məndə qalmasın
Gözün qalsın daşın beynini qazan güzgüdə
Gözün qalsın dibindən keçən payızın oxunda
Gözlərindən düşdüyüm gün almadır
dişləyib tulladım zibil qabına
Gövdənin məçidindəki günbəzlərə bayraq taxmadan enirəm
Sən də düşmənlərim qədər ağrı yüklədin fəsillərimə
Sən də düşmənlərim qədər daşladın mübarizəmin rəngini
Dostun adında bir günəş var, batırdın

Bədənin - işğal olunmuş xəritəmizin özgür iradəsi!

Məhəmməd Rza Ləvayi
Məhəmməd Rza Ləvayi

Bədəninin dərə-təpəsi - günbəzləri,

Təbrizi - Yanaqlarındaki almalıqlarda

oynayan uşaqlar

Kipriklərin - küçə başında

qara çərşablı qadınlar pıçıltısı

Budların - Ağ Dəniz balıqları

Məndə balıqçılar səbri hardaydı?

Göbək atarsan bu qəribə

Köynəyin - səkkiz rixter deprəm

Səni o qədər bir tansu yapar ki

Atlantik Nuhun gəmisi Qafqaz dağlarında sökülər!

Qoltuğundaki xal - hansı demokratdır?

Hansı zindanda?

Dodağın - hansı şairdir?

Hansı ölkədə?

Saçlarında - neçə peyğəmbər,

neçə tanrı vəhyə girişib?

Bu məhzun öpüş - ölülərimizin hankısıdır,

hansı məzarda?

Bədənin - işğal olunmuş xəritəmizin özgür iradəsi!

Sevgi əsarətdir bəzən

Məhəmməd Rza Ləvayi
Məhəmməd Rza Ləvayi

Bir cüt yaşıl gözün arxasında qaldı fəlsəfəm

Matematikdən öyrəndiyim yalnız sevginin boyudur,

bir metrə səksan santimetrə boyunda

O günlər inqilab romantikası idi

yağmur altında sıçrayan qaşlarımız

O qədər də canlı deyildir ışığım

Bulud hopdu ətəyinə, söndüm

İndi sənsiz bir şeylər yazır oxuyuram

siyasal

bilimsəl

fəlsəfi

Anımın önündə yenilir inadım

Anılarımın dərisi soyulur

və yataq odası islanmış kitabdır, oxunmur

Pəncərəmdəki cada cırır canımdaki kərvanı

Cada cadı, cada cin

Sonra cayar cada

Sonra dodaqlarını çarparam göyə,

sonucu bəlli

Yuxularımda tutuqlanan kişini

buraxaram əllərinin adasına

Yol yürüməz bilirəm yalandan

ilandan yolunmaz yol

Ağaclar pənçər hələlik

Orman yürüyür amma

Bir xəstə qanadın quşu salamdan qonur sağlığıma

Mən amma əlvidalardayam həmişə

Durnalar səritinə sərilən baxışlar düşür ayaqlar altına

Sevgi uçurum, düşüş

Sevgi uşaq qorxunun medyaya işəməsi

Sevgi əsarətdir bəzən

Ah, bu məmləkətin əsarəti

sığmadı canıma bir tür

O səbəbdən qat qat geydim bütün ölkələri

Xəzər tişörtüm, Atlantik cəketim...

Nəcə, nasıl anlamzsan məni?...

Məhəmməd Rza Ləvayi
Məhəmməd Rza Ləvayi

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG