Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 20:09

Texasda 9 yaşlı uşağı acından öldürən qadın edam olunub


9 yaşlı uşağı acından öldürən qadın Texas ştatında edam olunub.

38 yaşlı Lisa Ann Colemana ölümcül iynə vurulmaqla edam edilib.

2004-cü ildə Colemanın evinə gələn müstəntiqlər 9 yaşlı oğlanın meyitini tapdılar. Onun üzərində 250 bədən xəsarəti, o cümlədən siqaretlə damğaların yeri

var idi. Colemanın uzun müddət yaşadığı rəfiqəsinin oğlu olan həmin uşaq acından ölmüşdü. Onun cəmi 17 kilo çəkisi var idi.

Coleman bu ilin əvvəlindən Texasda edam olunan 9-cu şəxsdir.

ABŞ və Yaponiya yeganə sənayecə inkişaf etmiş ölkələrdir ki, onlarda ölüm cəzası qalır.

XS
SM
MD
LG