Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 19:43

ABŞ Nümayəndələr Palatası Suriya döyüşçülərinə yardımı təsdiqləyir


Barack Obama

Barack Obama

-

ABŞ Nümayəndələr Palatası prezident Barack Obama-ya səlahiyyət verib ki, İslam Dövləti ekstremist qrupunun üzvləri ilə döyüşmək üçün Suriya döyüşçülərinə təlim keçilsin və təchizat verilsin.

Sentyabrın 17-də keçirilən səsvermədə qanuna dəyişiklik 273-156 səs çoxluğu ilə qəbul olunub.

Bu dəyişiklik hazırda qüvvədə olan qətnaməyə əlavə olunacaq.

Bu sənəd dekabrın 11-dək maliyyələşməni nəzərdə tutur, yəni Suriya qüvvələrinə görə səlahiyyət həm də müvəqqətidir.

Qətnamə daha sonra Senatda səsə qoyulacaq ki, oradan da keçəcəyi gözlənir.

XS
SM
MD
LG