Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:42

Şotlandiyada referendum kampaniyasının son günüdür


Şotlandiya, Edinburg

Şotlandiyada müstəqillik referendumuna bircə gün qalır. 3 müxtəlif rəy sorğusu göstərib ki, Birləşmiş Krallığın tərkibində qalmaq istəyənlər əks fikirdə olanları 4 faiz qabaqlayır.

Birləşmiş Krallıq dünyanın altıncı böyük iqtisadiyyatıdır, BMT Təhlükəsizlik Şurasının veto hüquqlu daimi üzvüdür. Krallıqdan ayrılmaq perspektivi vətəndaşları və müttəfiqləri ölkənin gələcəyi barədə düşünməyə vadar edib.

Ağ Ev bildirib ki, Birləşmiş Krallığın “güclü və bölünməz” qalmasına üstünlük verir.

Birlik tərəfdarı olanların fikrincə, müstəqillik maliyyə, iqtisadi və siyasi qeyri-müəyyənlik gətirəcək.

Millətçilər isə müstəqil Şotlandiyanın daha varlı və ədalətli ölkə olacağını deyirlər.

XS
SM
MD
LG