Sentyabrın 30-da Müsavat partiyasının Məclis sədrliyinə seçki keçirilib. Seçkidə 138 məclis üzvündən 124-ü iştirak edib. Sülhəddin Əkbər sədr seçilib. Vurğun Əyyub və Osman Kazımlı Divan üzvü, Tofiq Yaqublu isə məclis katibi seçiliblər. Seçkidə həmçinin komissiya sədrləri də müəyyənləşib.
Sülhəddin Əkbər 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 1995-ci ildə Müsavat Partiyası Başqanının siyasi məsələlər üzrə müavinidir. Sülhəddin Əkbər həm də 1997-ci ildə Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasını yaradıb və hal-hazırda onun prezidentidir.