Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 11:03

Səfəvi dövrünün türkcə-farsca lüğəti çap edildi


Səfəvi dövrünün türkcə-farsca lüğəti

-

Tehranda Səfəvi hökmdarı Şah Süleymanın (1666-1694) dövründə yaşamış Azərbaycan alimləri Məhəmməd RzaƏbdülcəmil Nəsiminin tərtib etdikləri türkcə-farsca lüğət nəşr edilib.

AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun yaydığı xəbərə görə, bu lüğət Səfəvilər dövründə meydana çıxmış lüğətlərdən ən dəyərlisi sayılır.

Əsərdə cığatay, osmanlı, Azərbaycan və Rusiyada da yaşayan türklərin sözləri fars dilində izah edilir.

Əsəri geniş ön sözlə nəşrə hazırlayan ABŞ-da yaşayan doktor Həsən Cavadi və doktor V. Flor-dur.

Ön sözün müəllifləri mətnin nəşrə hazırlanmasında onlara kömək edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimova minnətdarlıqlarını bildiriblər.

Əsərin Azərbaycanda da nəşri nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG