Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:09

İsveçin baş naziri istefa verir


Fredrik Reinfeldt
Fredrik Reinfeldt

-

İsveçin baş naziri Fredrik Reinfeldt deyir ki, sağ-mərkəzçi koalisiyası parlament seçkisində sol meylli müxalifətçi sosial demokratlara uduzandan sonra istefa verəcək.

Reinfeldt sentyabrın 14-də Stokholmda bildirib ki, gələn il mühafizəkar Mötədil Partiya rəhbərliyindən gedəcək.

Məntəqələrin 90 faizindən çoxunda səslər sayılıb, ilkin rəsmi nəticələr sosial demokratların lideri Stefan Lofven-in səslərin 43.7 faizini qazandığını göstərir. Reinfeldtin koalisiyası isə 39.4 faiz toplayıb. Bu koalisiya son səkkiz ildə hakimiyyətdə olub.

XS
SM
MD
LG