Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 04:07

Ukraynanın qərbində hərbi təlimlər başlanır


-

Sentyabrın 15-də Ukraynanın qərbində 15 dövlətdən 1.300 hərbçinin iştirakıyla hərbi məşqlər başlanır. Pentaqon bildirib ki, 200 ABŞ əsgəri illik təlimə qatılacaq.

Rusiyanın Krımı bu ilin martında anneksiya etməsindən sonra ilk dəfədir ABŞ quru qüvvələri Ukrayna ərazisindədir.

Pentaqonun məlumatına görə, bu manevrlər Birləşmiş Ştatlar, Ukrayna və digər iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirəcək.

Sentyabrın 14-də Ukraynanın müdafiə naziri Valeriy Heletey deyib ki, bəzi NATO ölkələri rusiyayönlü separatçılara qarşı vuruşmaq və Rusiya prezidenti Vladimir Putini «durdurmaq» üçün Ukraynaya silah verir.

XS
SM
MD
LG