Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

İcbari tibbi sığorta haqqı bəlli oldu


Foto: Arxiv
Foto: Arxiv

-

Fins.az saytı yazır ki, Azərbaycanda yaxın vaxtlarda tətbiq olunacağı gözlənilən icbari tibb sığortanın şərtləri, təqribən də olsa, müəyyənləşib: İlkin şərtlərə görə, əməkqabiliyyətli hər bir vətəndaş icbari tibbi sığorta fonduna ayda orta hesabla 5-10 manat, işəgötürənlər isə hər işçiyə görə 10-12 manat ödəyəcəklər. Əhalinin bir hissəsi isə icbari tibbi sığorta haqqı ödəməkdən azad olunacaq.

İcbari tibbi sığortanın 3 mənbədən maliyyələşəcəyini yazan sayt baş nazirin müavini Əli Əhmədova istinadən bildirir ki, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı əsasən büdcənin üzərinə düşəcək.

İşəgötürənlərin, yəni şirkətlərin bu prosesə pul ayırmasının vacibliyinə gəlincə, Ə.Əhmədov bildirib ki, işçinin xəstələnməsi və işə çıxmaması müəssisəyə onun müalicəsindən daha baha başa gəlir və bu vəziyyətdə ən yaxşı üsul mütəşəkkil formada icbari tibbi sığortadır. Baş nazirin müavininin dediklərindən aydın olur ki, işəgötürənlər icbari sığortaya əməkhaqqının 2-2.5%-i qədər ödəniş etməli olacaqlar.

RUSİYAYA QARŞI SANKSİYALARIN AZƏRBAYCANA ÜÇ TƏSİRİ

«Bizim yol» qəzeti bu sərlövhə altında dərc etdiyi məqalədə ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarının Azərbaycana olan təsirlərindən danışılır:

Moskvada valyutadəyişmə məntəqəsi
Moskvada valyutadəyişmə məntəqəsi

«Dövlət Neft Fondu sanksiyaya məruz qalmış VTB Bankın səhmlərinin bir hissəsinə malikdir. Eyni zamanda bu ölkədə daşınmaz əmlaka yatırım qoyub, rezervlərinin kiçik bir qismini rus rublunda yerləşdirib. Fondun hesabatından bildirilir ki, bu istiqamətdə ilin birinci yarısında artıq müəyyən itkilərlə üzləşiblər».

Qəzet yazır ki, təkcə dövlət rezervlərində deyil, işadamlarının bu ölkədə batırdıqları investisiyalarda da qaçılmazdır:

«Bir müddət öncə Rusiya Azərbaycan sahibkarlarına dəyəri 7.6 milyard dollar olan 18 investisiya layihəsi təqdim etmişdi».

Yazı müəllifinin fikrincə, sanksiyaların Azərbaycana təsirlərindən biri Rusiyada yaşayan azərbaycanlıların qazanclarının azalması və ölkəyə daxil olacaq nağd vəsaitlərin aşağı düşməsi ola bilər:

«Rusiya Mərkəzi Bankının məlumatına görə, ötən il buradan Azərbaycana pul köçürmələrin həcmi 900 milyon dollar civarında olub. Əlbəttə, bu vəsaitlər rəsmi qeydiyyata düşən məbləğdir. Qeyri-rəsmi Azərbaycan ailələrinə göndərilən pulun həcmi 2-3 dəfə bundan çoxdur.

Foto: Arxiv
Foto: Arxiv

Təbii ki, bu qədər vəsait Azərbaycan iqtisadiyyatı üçün az məbləğ deyil. Cari ildə köçürmələrdə azalma olacağının şahidi ola bilərik».

TƏLƏBƏLƏRİN PROBLEMLƏRİNİ NECƏ HƏLL ETMƏLİ

Modern.az-ın dərc etdiyi məqalədə filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov tələbələrin problemlərinin həlli üçün 14 təklif səsləndirib. Bunların sırasında maddi imkanı olmayan tələbələrə maliyyə yardımı ayrılması, universitetlərin öz məzunları ilə əlaqə yaratması, universitet daxilində bağça, məktəb, kolleclərin yaradılması təklifi var:

«Universitetlərdə tədrisin keyfiyyətini yüksəltmək üçün elə bir sistem yaratmaq lazımdır ki, tələbə də, müəllim də vicdanlı olsun. Məsələn, ABŞ-da Prinston Universitetində imtahan yazılı keçirilir. İmtahan «Vicdan sistemi» ilə aparılır. Tələbələr vicdanlı imtahan verməyə söz verirlər, ona görə də imtahana müəllim nəzarət etmir. Nəzarətçilər vərəqi paylayır. Sonda vərəqləri toplayır. Tələbələrin hər biri işini imzalayarkən yazır: «Vicdanıma and içirəm ki, imtahan zamanı vicdan kodeksini pozmamışam»».

Təzə Pir
Təzə Pir

QMİ SÖZÇÜSÜ TƏZƏ PİRDƏKİ EHSAN MƏRASİMLƏRİNDƏN DANIŞIB

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Media forum saytına açıqlamasında Bakıdakı Təzə Pir məscidində keçirilən ehsan mərasimlərindən danışıb.

Bir müddət əvvəl mediada gedən məlumatlarda bildirilib ki, Təzə Pir məscidində ehsan süfrələri əvvəlki qaydada açılır, yas məclislərində israfçılığa qarşı ölkəboyu görülən tədbirlərə əməl edilmir.

Rəhimə Dadaşova Media forum-a bildirib ki, Təzə Pir Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərsə də, məscidin zalları xidmət personalına icarəyə verilib:

«Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri orada süfrə açmır. Xidmət göstərənlərə israfçılıq etməmək tövsiyələri verilib. İnsanlar sadə çay süfrəsi ilə razılaşmırlarsa, istəklərinə qarşı çıxa bilmərik. Çoxları açdığı ehsan süfrəsində konkret qidaların olmasını istəyir. Belə halda xidmət personalının ehsan yiyəsinin arzusunu həyata keçirməkdən başqa yolu qalmır, onları günahlandırmaq doğru deyil. Biz qadağa qurumu deyilik, sadəcə tövsiyə veririk».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG