Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:01

Orxan Eyyubzadənin məhkəməsi təxirə salınıb


Orxan Eyyubzadə
Orxan Eyyubzadə

-

Sentyabrın 12-də Binəqədi rayon Məhkəməsində həbsdə olan gənc fəal Orxan Eyyubzadənin işi ilə bağlı proses dava etdirilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib. Onun dediyinə görə, bəzi şahidlər prosesə gəlmədiyindən məhkəmə təxirə salınıb:

«Ötən proseslərdə bir neçə vəsatətimiz təmin olunmadı. Orxan Eyyubzadə haqqında çıxarılmış həbs-qətimkan tədbirinin başa çatmasına baxmayaraq, o, 10 gün qanunsuz olaraq həbsdə qalıb. Birinci vəsatətimiz bununla bağlı idi. Daha sonra onun ev dustaqlığına çıxarılması ilə bağlı vəsatətimiz də təmin olunmadı. Bugünkü iclasda Orxanın saxlandığı Binəqədi müvəqqəti saxlanma təcridxanasının müdiri şahid qismində ifadə verməli idi. Lakin o, prosesə gəlmədi. Buna görə məhkəmə təxirə salındı».

Orxan Eyyubzadə bu il mayın 6-da NİDA fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb.

Daha sonra onun haqqında cinayət işi açılıb və həbs müddəti 1 ay daha uzadılıb.

Gənc fəal «hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə» (315.1 maddəsi) ittiham olunur.

XS
SM
MD
LG