Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:00

«Oda» Usubova müraciət etdi


Polis «Oda» Teatrını bağladı
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Polis «Oda» Teatrını bağladı Arxiv video

-

Müstəqil "ODA" Teatrı daxili işlər naziri Ramil Usubova müraciət edib.

Teatrın rəhbəri Elmin Bədəlov deyir ki, “Nəsimi rayon polis idarəsindən teatrın yerləşdiyi evin sahibinə təzyiqlər olunur. Onlar da binadan çıxmağımızı tələb edirlər, halbuki, binanın kirayəsi üçün illik müqavilə bağlamışıq və aylıq kirayə haqqını da qabaqcadan ödəmişik. Bizə olan təzyiqləri dayandırmaq və problemi çatdırmaq məqsədilə Daxili İşlər Nazirliyinə məktubla müraciət etmişik. Bütün baş verənləri rəsmi şəkildə nazir Ramil Usubova olan müraciətimdə qeyd etmişəm”.

Teatrın darvazası əvvəl və indi
Teatrın darvazası əvvəl və indi

Onun bildirdiyinə görə, sentyabrın 12-də işə gələrkən kirayə götürdükləri məkanın qıfılının dəyişdirildiyini görüblər:

«Dərhal məkanın sahibinə zəng etdik. Bizə dedi ki, əşyalarınızı yığışdırın, çıxın. Bildirdi ki, 11-də Nəsimi rayon Polis İdarəsindən gəlib ona göstəriş veriblər ki, bizi çıxarsın. Deyiblər ki, guya biz müxalifətçiyik, yarımçılpaq şəkillər paylaşırıq. Ona hədə-qorxu gəliblər. Polislər deyib ki, bizi məkandan çıxarmasa, onun qohumlarına təzyiq göstərəcəklər. Biz bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyik. Polis niyə bizim işə qarışmalıdır? Nəticəsi olmasa, məhkəməyə şikayət edəcəyik».

«AYIBDIR AXI... CAMAATIN QIZI, ARVADI VAR»

Elmin Bədəlov müxalifətçi olmadıqlarını, sadəcə, tənqidi səhnələr hazırladıqlarını bildirir:

«Biz müxalifətçi deyilik, sadəcə tamaşa göstəririk. Tamaşalarımızda tənqid edirik. Görünür, bu, xoşlarına gəlməyib. Biz yarıçılpaq «nude» fotosessiya keçirmişik. Burada pis heç nə yoxdur. Dünyanın hər yerində keçirirlər bu cür sessiyalar».

Əlövsət Quliyev -115 ünvanında yerləşən məkanın sahibi Fərhad Məhəmmədi AzadlıqRadiosuna müsahibəsində polisin ona heç bir təzyiq göstərmədiyini bildirir:

«Əksinə, mən özüm polisi axtarıram ki, bu məsələni yoluna qoysun. Qonşular mənə zəng vurub şikayət etdilər ki, həyətdə yarımçılpaq qızlar fotosessiya keçirirlər. Həmin şəkilləri də internetdə paylaşıb, mənim məkanın ünvanını göstəriblər. Ayıbdır axı... Camaatın qızı, arvadı var. Yarımçılpaq qızlar həyətdə qonşuları narahat edirlər. Elminə demişəm, əşyalarını yığıb, çıxsınlar».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG