Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 23:40

Mətbuatın vicdan azadlığından çox az yazdığı deyilir


Demokratik Jurnalistlər Liqası «Avrasiya» Fondu və Norveç səfirliyinin dəstəyilə mətbuatda insan haqları ilə bağlı monitorinq aparıb. Son iki ayda davam edən monitorinqin 15 gündəlik qəzeti əhatə etdiyi, bu müddətdə iqtidar, müxalifət və rəsmi qəzetlərdə insan haqları ilə bağlı dərc olunan yazıların sayının 8000-i ötdüyü deyilir.


Layihənin rəhbəri Yadigar Məmmədliyə görə, bu rəqəm ilk baxışda böyük görünsə də, onların 75 faizi informasiya xarakterlidir. Yalnız 16 faiz təhlil, 7 faizi müsahibə janrında və cəmi 2 faizi maarifləndirmə mövzusundadır:


«Bu rəqəmlər deməyə əsas verir ki, mətbuat insan haqları probleminin işıqlandırılmasına ötəri münasibət bəsləyir. Faktları sadalamaqla missiyasını bitmiş sayır».


Cənab Məmmədli deyir ki, yazıların təxminən yarısı sosial təminat hüququ, 20 faizi mətbuat azadlığı mövzusunda olub. Təhsil, seçki, mülkiyyət və sağlamlıq hüququ haqda yazıların sayı 7-10 faiz arasındadır. Mətbuat vicdan azadlığı ilə bağlı yazılara isə çox az yer ayırıb. Bu, mətbuatda gedən yazıların iki faizi edir.


Monitorinqin nəticələrinə görə, müxalifət qəzetləri əsasən mətbuat azadlığı ilə bağlı yazılara üstünlük veribsə, iqtidaryönlü və rəsmi qəzetlər sosial hüquqa aid yazılara yer ayrıbılar. Yadigar Məmmədli bildirir ki, iqtidar qəzetlərinin seçimi əsasən prezidentin ünvanlı sosial yardımlar haqqında sərəncamı ilə izah olunur.


XS
SM
MD
LG