Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:17

Səid Nuri viza müddəti bitdiyi üçün Miqrasiya Xidmətinə müraciət edib


Səid Nuri
Səid Nuri

-

Azərbaycanlı mühacir, ABŞ vətəndaşı Səid Nuri viza müddətinin bitməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib:

«Səid Nurinin viza müddəti sentyabrın 12-də bitir. Xidmətə ünvanlandığımız müraciətdə izah etdik ki, onun geri qayıtması öz iradəsindən asılı olmadığından bunu nəzərə alsınlar. Güman edirik ki, nəzərə alacaqlar».

Sentyabrın 4-də Heydər Əliyev Hava Limanından Ukraynaya getmək istəyən Səid Nurini təyyarəyə buraxmayıblar.

Baş Prokurorluq sentyabrın 5-də yaydığı açıqlamada bildirib ki, Səid Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaq edilən cinayət işi ilə bağlıdır.

O, daha sonra Baş Prokurorluqda QHT-lərə açılan cinayət işi ilə bağlı şahid qismində ifadə verib.

Səid Nuri «Yeni Fikir» Gənclər Birliyinin üzvü olub. Təşkilatın rəhbəri Ruslan Bəşirli 2005-ci ildə Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb və 7 il həbsə məhkum olunub. Bu işdə adı keçən Səid Nuri şərti azadlıqdan məhrum edilib, az sonra mühacirətə yollanıb.

XS
SM
MD
LG