Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:24

7 dəfə dünya çempionu Schumacher xəstəxananı tərk edib


“Formula 1” yarışlarında 7 dəfə dünya çempionu Michael Schumacher Fransada xəstəxananı tərk edib. Bundan sonra onun müalicəsi ev şəraitində davam etdiriləcək.

45 yaşlı Schumacher keçən ilin dekabrında Meribel kurortunda dağdan sürüşərkən başı ilə qayaya çırpıldı.

Onun beynində iki əməliyyat olundu və o, süni komaya salındı.

Yanvarın sonundan onu tədricən komadan çıxarırdılar.

XS
SM
MD
LG