Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:17

«Azərbaycan neftinin dünəni, bu günü, sabahı» adlı virtual kitab sərgisi açılıb


Sentyabrın 29-da Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında «Azərbaycan neftinin dünəni, bu günü, sabahı» adlı ənənəvi və ilk virtual kitab sərgisi açılıb. Sərgidə Azərbaycan neftinin tarixini, «əsrin müqaviləsi» və ondan sonra bağlanan müqavilələri, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri barədə məlumatları əks etdirən 1000-dən çox ədəbiyyat nümayiş olunur. Kitablar həm də virtual formada sərgilənir. Sərgidə həmçinin Azərbaycan neft tarixini əks etdirən film nümayiş olunur. Oktyabrın 15-dək davam edəcək sərgiyə giriş sərbəstdir.


XS
SM
MD
LG