Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 12:22

Ramil Usubovun Ziyalılar Birliyinin sədrinə qarşı şikayətinə baxılıb


Daxili işlər naziri Ramil Usubov

Sentyabrın 8-də Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə qarşı şikayətinə baxılıb. Bu haqda AzadlıqRadiosuna Eldəniz Quliyevin özü məlumat verib.

Prosesdə Eldəniz Quliyev Ramil Usubovun məhkəmədə iştirakı ilə bağlı vəsatət qaldırıb. Onun sözlərinə görə, hakim bu vəsatəti təmin etməyib:

«Bunlar öz dediklərinin üstündə dururlar. Bəzi sözləri konteksdən çıxarıb, təhqir kimi təqdim etmək istəyirlər. Əslində bu işin icraata götürülməsi qanuna ziddir. Mənim vəsatətim təmin olunmadı. Ramil Usubovun vəkili polislə bağlı facebook şəbəkəsində yazdıqlarımın linqvistik ekspertizaya göndərilməsi ilə bağlı vəsatət isə təmin olundu. Yəni ekspert yazdıqlarımın təhqir olub olmadığını təyin edəcək. Həmin rəyi də sübut kimi işə əlavə edəcəklər. Bütün bunlar mənim siyasi fəaliyyətimlə bağlıdır. Susdurmaq istəyirlər».

Növbəti məhkəmə prosesinin tarixi ekspertiza rəyinin cavabından sonra məlum olacaq.

XS
SM
MD
LG