Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:30

Məşhur yazıçının istefa ərizəsi - MƏTN


William Faulkner
William Faulkner

-

Nobel mükafatı alana qədər Amerika yazıçısı William Faulkner ədəbiyyatla bağlı olmayan xeyli işdə çalışıb.

1921-24-cü illərdə o, Mississippi Universitetində poçtmeyster - poçt xidmətinin rəhbəri olub.

Deyilənə görə, Faulkner, iş vaxtından oğurlayıb əsərlərini yazar, kart oynayar, qəzet-jurnalları ünvanına çatdırmamışdan qabaq özü oxuyar, məktubu yiyəsinə çatdırmaq adıyla çıxıb qolf oynamağa gedər, bəzi məktubları zibilə atarmış… Bir sözlə, müştərilərə və həmkarlarına saymazyana yanaşarmış.

Kimsə bunu poçtmeyster maaşının aşağı olması ilə bağlaya bilər. İndinin maaşına çevirəndə, böyük yazıçı olmaq iddiasında olan Faulkner o zaman poçtalyon kimi ayda təxminən 1700 dollar alırmış. (Bu da ABŞ-da ən aşağı maaşlardan sayılır).

Amma günlərin bir günü, “kommissiya” gəlir… Poçt xidmətinin müfəttişi Faulkner-in idarəsini yoxlamağa başlayanda o, istefa verir.

İstefa ərizəsi 56 sözdən ibarətdir və çox sərt yazılıb. (Buna baxmayaraq ABŞ-ın Dövlət Poçt Xidməti 1987-ci ildə onun 90 illiyi ilə bağlı marka buraxıb…)

Məktubun mətni:

“Oktyabr, 1924

Nə qədər ki kapitalist sistemində yaşayıram, daim pullu adamların istəklərinin mənim həyatıma təsirini gözləyəcəm. Amma əgər poçt markasına 2 sent verə bilən hər səyahət eləyən əclafın buyruq qulu olmağı qarşıma məqsəd qoysam, lənət olsun mənə.

Bu, ser, mənim istefam deməkdir".

(Faulkner tərəfindən imzalanıb)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG