Keçid linkləri

2025, 04 İyun, çərşənbə, Bakı vaxtı 18:08

Təzə Pir və Göy Məsciddə «yas» qiyməti


Arxiv foto
Arxiv foto

-

Sentyabrın 8-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

HAKİMİYYƏTDƏN DÜNYANI QƏZƏBLƏNDİRƏCƏK ADDIM

«Azadlıq» qəzeti: Rusiyada Rusiya-Azərbaycan-İran-Qazaxıstan-Türkmənistan beş tərəfli biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) APA-ya verilən məlumata görə, biznes forum Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində sentyabrın 29-da Həştərxan şəhərində baş tutacaq. Biznes forum Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

Ekspertlər hesab edir ki, bu forumun Rusiyaya sanksiyaların tətbiq edildiyi vaxtda keçirilməsi təsadüf sayıla bilməz. Ekspertlərin fikrincə, tədbir əslində Rusiyanı təcrid vəziyyətindən çıxarmağa cəhd kimi qiymətləndirilməlidir. «Dünya Rusiyaya qarşı olduğu bir vaxtda bu ölkədə biznes forumun keçirilməsi başqa anlama gələ bilməz», - deyə ekspertlər düşünür. Onlar hesab edir ki, Azərbaycanın bu addımı dünyanın qəzəbinə səbəb ola bilər.

DƏNİZKƏNARI BULVARDA TRAMVAY OLACAQ

«Böyük Bakının Regional İnkişaf Planı» layihəsində 92,3 kilometr uzunluğunda metro xəttinin çəkiləcəyi nəzərdə tutulur. Mövcud metro xətlərinin uzunluğu isə 34,7 kilometr təşkil edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində metronun şəhər nəqliyyatında çox mühüm rol oynadığını bildirib. C. Qocayev deyib ki, metro digər nəqliyyat növləri, o cümlədən elektrik qatarı ilə müqayisədə əlavə ərazi tələb etmir. Yəni, heç bir tarixi abidə və tikili sökülmədən yerin altı ilə yol çəkilir. Məhz bu baxımdan metro tikintisinə layihədə xüsusi önəm verilir. Elektrik qatarı üçün isə müvafiq yol çəkilməlidir. Bununla belə, ən səmərəli yerüstü nəqliyyat elektrik qatarı hesab olunur. Şəhər ətrafında nəqliyyatın bu növü geniş tətbiq edilir.
Şöbə müdiri qeyd edib ki, gələcəkdə paytaxtda, Dənizkənarı Bulvar ərazisində ekoloji cəhətdən təmiz olan tramvaydan da istifadə ediləcəyi istisna deyil.

UKRAYNA ÜÇÜN QARABAĞSAYAĞI «BİŞKEK TƏLƏSİ»

«Yeni Müsavat» Ukraynada əldə olunmuş atəşkəs sazişi barədə yazır ki, Putinin sülh planı konfliktin Ukraynadan ötrü olduqca əlverişsiz və təhlükəli variantda dondurulmasına yönəlib. Faktiki olaraq, bu, kapitulyasiya sülhünə ikiüzlü bir çağırış və Ukraynanın ərazi bütövlüyü altına qoyulmuş gec partlayan minadır.

«... Sözü ona gətiririk ki, həmin «Bişkək protokolu» mahiyyət etibarilə Putinin indiki sülh planından çox az fərqlənirdi, çünki konfliktin qeyri-adekvat konservasiyasını nəzərdə tutur, birtərəfli qaydada Azərbaycan silahlı qüvvələrinin geri çəkilməsinə, ölkə ərazisinin 20 faizinin işğalı və işğalçı qüvvələrin ərazimizdə qalması faktının saxlanmasına hesablanmışdı. İndi təxminən eyni şey Ukraynaya təklif olunur».

ÖLÜMÜN QİYMƏTİ

«Lent.az»ın əməkdaşı «yas sahibi» kimi bir neçə «mərasim zalı»na baş çəkib. «Təzə Pir məscidində mərasim keçirmək üçün bir neçə yas zalı var. Məscidin Emil adlı işçisi deyir ki, yas mərasimi üçün bir yerin qiyməti 12 manatdır. Menyuya aş, dovğa, pomidor-xiyar salatı, pendir və göy-göyərti daxildir. Mollanın pulu isə ayrıdır. Kişi və qadın mollalar məclisi 30 manata aparırlar. «İstəsən, Təzə Pir məscidində çay süfrəsi ilə ehsan verə bilərsən. Bu da yas yiyəsinə 600 manata başa gəlir. Amma belə mərasimlərə nadir hallarda rast gəlmək mümkündür».

Göy Məsciddə də qiymətlər Təzə Pirdə olduğu kimidir. Fərq yalnız ondadır ki, yerlərin qiyməti adam sayından asılıdır. Məscidin Nail adlı işçisinin dediyinə görə, yasda 100 nəfərdən çox qonaq olmalıdır ki, qiymət 12 manat olsun. Əksi təqdirdə, bir yerin qiyməti 15 manata qədər qalxır. «Qiymətlər də stabildir, aşağı-yuxarı söhbət ola bilməz. Molla da 30-35 manata məclisi yola verəcək».

XS
SM
MD
LG