Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:36

Lars von Trier-in 11 yaşında çəkdiyi cizgi filmi - Video


Trier Cannes Film Festivalında, 2011
Trier Cannes Film Festivalında, 2011

-

Zorakiliq, iblis, seks, qalmaqal… Danimarkalı rejissor Lars von Trier adətən, sentimentallıq, məsumluq və s. bu kimi anlayışlarla assosiasiya olunmur. Bəs kolbasa?

Ünlü rejissorun 11 yaşında çəkdiyi animasiya filmi “Super Kolbasa Filmi” adlanır. “Şüurlu” kolbasa balinaya minib dovşanı xilas etməyə gedir. Trier bunu 1967-ci ildə öz “Super 8” formatlı kamerası ilə çəkib.

Amma bəlkə də burda onun böyüyəndə çəkdiyi filmlərin cücərtilərini axtarmağa dəyər. Məsələn, məsum varlığı qorxunc yırtıcının ağzına atmaq…

Sonda peyda olan sözü isə qətiyyən sekslə bağlamağa dəyməz, bu, ingiliscə “fahişə” sözü deyil, “slut” danimarka dilində “son” deməkdir.

XS
SM
MD
LG