Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:34

Mariupol ətrafındakı durumla bağlı ziddiyyətli məlumatlar gəlir


Mariupol
Mariupol

-

Cümə axşamı sosial şəbəkələrdə yayılmış məlumatlara görə, rusiyayönlü qüvvələr Mariupola Qrad və Uraqan tipli qurğularla yaxınlaşıblar, şəhər ətrafına zərbələr endirməyə başlayıblar. Şəbəkələrdə yanan şəhərin fotoları da yayılıb.

Ukrayna hərbçilərinin mətbuat mərkəzi hakerlərin hücumuna məruz qaldığını bildirib. Nəticədə təsdiqlənməmiş məlumatlar yayılıb. Mərkəz sonradan bildirib ki, Mariupol ətrafına Rusiya Federasiyasına məxsus reaktiv atəş sistemlərinin yığılması xəbəri də təsdiqlənməyib.

Şəhər ətrafındakı blokpostlarda atışma getdiyi bildirilir, yəni Mariupola birbaşa atəş açan yoxdur.

Sentyabrın 4-də axşam saat 9-a olan məlumata görə, şəhərə hücum təhlükəsi yoxdur. Günün ikinci yarısında Bezımennoye kəndi tərəfdən 5 ədəd zirehli texnika hücuma keçməyə cəhd göstərib. Şəhər sovetinin məlumatına görə, hücum dəf olunub, bir neçə separatçı öldürülüb.

XS
SM
MD
LG