Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:03

Minskdə atəşkəs danışıqları keçiriləcək


-

Sentyabrın 5-də Minskdə Ukraynanın şərqində atəşkəsə dair danışıqlar keçirilir. Kiyev rəsmiləri və rusiyayönlü yaraqlılar Rusiya və ATƏT təmsilçiləri ilə görüşəcəklər.

Ukrayna prezidenti Petro Poroshenko “razılaşma”nnı əldə olunacağına dair “ehtiyatlı nikbinlik” ifadə edib.

Yaraqlılar deyir ki, əsasən rusdilli Donetsk və Luqansk regionlarında siyasi həllə dair razılaşma əldə olunarsa, onlar atəşkəs elan edə bilərlər.

Bu arada AB və Birləşmiş Ştatların Rusiyaya qarşı daha çox sanksiya elan edəcəyi gözlənir. Ancaq sanksiyaların tətbiqi Minsk danışıqlarının nəticələrindən asılı ola bilər.

Sentyabrın 5-də liderlərin NATO samitində çevik reaksiya qüvvəsinin yaradıldığını elan edəcəyi gözlənir. Bu qüvvəyə 4 min əsgər daxil olacaq və dərhal qaynar nöqtələrə yerləşdiriləcək.

XS
SM
MD
LG