Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 21:46

Ömər Məmmədovun vəsatəti təmin olunmadı


Ömər Məmmədov

-

Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan bloqqer Ömər Məmmədovun şikayətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Əlayıf Həsənov məlumat verib.

Onun dediyinə görə, onun bir neçə vəsatəti ilə yanaşı, məhkəmə istintaqının yenidən aparılması ilə bağlı vəsatəti də təmin olunmayıb.

Növbəti proses sentyabrın 12-nə təyin olunub.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ömər Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG