Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:21

Ukraynanın rok qrupundan Rəsul Cəfərovun həbsinə etiraz etməsi xahiş olunur


Sviatoslav Vakarchuk
Sviatoslav Vakarchuk

-

Demokratiya Naminə İncəsənət Təşkilatı və Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu bu günlərdə Bakıda konsert verəcək Ukraynanın «Okean Elzi» rok qrupunun solisti Sviatoslav Vakarchuk-a birgə məktub yazıb.

Məktubda solistdən çıxışı zamanı həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsinə etiraz etmək xahiş olunur:

«Bu həftənin sonu Bakıda çıxış etməzdən əvvəl «Okean Elzi» Azərbaycan insanlarına qarşı baş verən hüquq pozuntularını nəzərə almalıdır. Keçmiş Sovetlər Birliyi regionunda fəallara qarşı ən sərt repressiya Azərbaycanda baş verir. 30 yaşlı hüquq müdafiəçisi Rəsul Cəfərov daim bu repressiyanı işıqlandırmaq, ölkə və onun əhalisi üçün yaxşı gələcəyi təmin etmək üçün çalışıb».

Məktubda bildirilir ki, qrupun Rəsul Cəfərovun həbsinə ən yaxşı etirazı ifa olunacaq mahnılardan birini ona həsr etmək olardı:

«2013-cü ilin dekabrında Rəsul Ukrayna ilə həmrəylik göstərərək «Maydan»da olub. Həmin vaxt «Okean» qrupu coşqun kütlənin qarşısında çıxış edərək öz konsertini etiraz aksiyaları zamanı həbs olunan və xəsarət alanlara həsr etmişdi. Həmin vaxtdan bəri Rəsul Cəfərov «Okean Elzi»nin çılğın fanatıdır. Həbsi ərəfəsində Rəsul Cəfərov qrupun ifa etdiyi «На Небі» mahnısını dinləmişdi. Rəsul Cəfərovun həbsinə qarşı çıxış etməyin ən yaxşı yolu Azərbaycandakı konsertinizdə «На Небі» mahnısını Rəsula həsr etməkdir».

Rəsul Cəfərov avqustun 2-də saxlanılıb. Ona vergidənyayınma, səlahiyyət həddini aşma və qanunsuz sahibkarlıq ittihamı irəli sürülüb. Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarıb.

XS
SM
MD
LG